Modern.az

"VAZ 2107" ağaca çırpıldı - ÖLƏN VAR

"VAZ 2107" ağaca çırpıldı - ÖLƏN VAR

12 Yanvar 2025, 21:52

Yanvarın 12-si axşam saatlarında Qubada bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Qəza zamanı "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin sürücüsü Quba rayonu Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB