Modern.az

Xəzər sahillərində suiti və quş cəsədləri tapıldı: araşdırma aparılır - FOTO

Xəzər sahillərində suiti və quş cəsədləri tapıldı: araşdırma aparılır - FOTO

Aktual

13 Yanvar 2025, 14:23

Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan Suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb.

Modern.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri cəsədlərdən nümunələr götürüb:

"Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

1409888

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama