Modern.az

İtkin düşən tibb bacısının meyiti tapıldı

İtkin düşən tibb bacısının meyiti tapıldı

13 Yanvar 2025, 17:59

Qusar rayonunda meşədən qadın meyiti tapılıb.

Modern.az "Report"a istinadən məlumat verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyə Nigar Şabanovanın şəhər yaxınlığındakı meşədən meyiti tapılıb.

Onuda qeyd edək ki, Nigar Şabanova xəstəxananın Stomatologiya şöbəsində həyat yoldaşı həkim Elşən Şabanovu yanında tibb bacısı kimi çalışırdı.

N.Şabanova iki gün öncə itkin düşüb, onun iki azyaşlı uşağı var.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər