Modern.az

Aleks istefaya göndərildi

Aleks istefaya göndərildi

13 Yanvar 2025, 23:48

“Antalyaspor” baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb. 

 

Modern.az xəbər verir ki, bu barədə rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

 

Braziliyalı mütəxəssisin komandası “Trabzonspor”a 0:5 hesabı ilə uduzduqları oyundan sonra klub rəhbərliyi bu qərara gəlib. De Souzanın gedişindən sonra onu əvəz edəcək namizədlərdən biri Murat Şahindir. 

 

Qeyd edək ki, “Antalyaspor” Türkiyə Superliqasının turnir cədvəlində 21 xalla 13-cü yerdədir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu