Modern.az

Xankəndinin gecə mənzərəsi - FOTOLAR

Xankəndinin gecə mənzərəsi - FOTOLAR

Qarabağ

14 Yanvar 2025, 10:30

Xankəndi 34 ildən sonra yenidən doğma sakinlərinin nəfəsi ilə isinir, yenidən burda həyat canlanır.

Modern.az xəbər verir ki, indi Xankəndi gecələri gündüzü qədər gözəldir.

Elə ki, şəhər gecə köynəyini əyninə geyinir, o zaman hər şey başqa cür görünür. 

Zülmət gecəyə Xankəndinin al-əlvan işıqlarından don biçilir. Şəhərin  gecə həyatı nağıllar aləmini yada salır. Bu işıqlardan yanıb-sönəni,  közərəni, gur yananı da,  səhərədək işıq saçanı da var. Şəhərin gecə mənzərəsi romantik və əsrarəngiz təsir bağışlayır. Elə bil kimsə bir ovuc ulduz topasını şəhərin üstünə səpələyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu