Modern.az

Putinlə çox yaxın zamanda görüşmək istəyirəm - Tramp

Putinlə çox yaxın zamanda görüşmək istəyirəm - Tramp

Aktual

14 Yanvar 2025, 10:54

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna böhranını həll etmək üçün Rusiya lideri Vladimir Putinlə çox yaxın zamanda görüşmək istədiyini bildirib.

Modern.az xəbər verir ki, Tramp Newsmax-a açıqlamasında Rusiya prezidenti ilə görüşün dəqiq tarixlərini açıqlamayıb.

"Mən bilirəm ki, o da görüşmək istəyir və mən çox yaxında onunla görüşəcəm", - Tramp vurğulayıb.

Amerikalı siyasətçinin də qeyd etdiyi kimi, görüşü sürətləndirmək və Ukrayna münaqişəsini həll etmək istəyi döyüş meydanında böyük itkilərlə bağlıdır. Trampın sözlərinə görə, vəziyyət Rusiya tərəfi üçün çox yaxşı getməyib.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama