Modern.az

Orta məktəbi başa vura bilməyənlər üçün imtahan keçiriləcək

Orta məktəbi başa vura bilməyənlər üçün imtahan keçiriləcək

Təhsil

14 Yanvar 2025, 12:32

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb.

Bu barədə Modern.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, cari ildə 6 minə yaxın vətəndaş imtahanda iştirak etmək üçün müraciət edib.

İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 26 yanvar 2025-ci il tarixində, saat 11:00-da, respublika üzrə 15 imtahan mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu