Modern.az

Emre Belözoğlunun yeni iş yeri MƏLUM OLDU

Emre Belözoğlunun yeni iş yeri MƏLUM OLDU

Aktual

14 Yanvar 2025, 14:30

Türkiyənin “Antalyaspor” komandasının yeni baş məşqçisi məlum olub.

Modern.az “TRT Spor”a istinadən xəbər verir ki, Superliqa təmsilçisi tanınmış mütəxəssis Emre Belözoğlu ilə anlaşıb. Onunla qısa zaman ərzində rəsmi müqavilə imzalanacaq.

Türkiyə millisinin sabiq futbolçusu bu vəzifədə vaxtilə “Fənərbağça”da birgə çıxış etdiyi Aleks de Souzanı əvəzləyib.

Qeyd edək ki, “Antalyaspor” Superliqada topladığı 21 xalla 13-cü pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama