Modern.az

Ev sahibinə xəsarət yetirib, pulunu və telefonunu aldılar

Ev sahibinə xəsarət yetirib, pulunu və telefonunu aldılar

Aktual

14 Yanvar 2025, 15:04

Quldurluqda şübhəli bilinən bir nəfər saxlanılıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 13-də paytaxtın Sabunçu rayonu ərazisindəki evlərin birinə daxil olan naməlum şəxsin ev sahibinə kəsici alətlə xəsarət yetirərək pul və mobil telefonunu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 25 yaşlı K.Əsgərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal