Modern.az

Yarmarkadan 15 min manatlıq geyim əşyaları oğurlandı

Yarmarkadan 15 min manatlıq geyim əşyaları oğurlandı

Aktual

14 Yanvar 2025, 15:44

Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15000 manat dəyərində geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Modern.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Quliyev müəyyən olunaraq saxlanılıb.
Həmçinin, Nizami rayonu B.Nuriyev küçəsindəki evlərin birinin dəhlizindən 450 manat dəyərində velosiped, Suraxanı rayonunda yerləşən mənzildən isə 2300 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Z.Məmmədşərifov və Ş.Səttarov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal