Modern.az

Keçmiş futbolçu vəfat etdi

Keçmiş futbolçu vəfat etdi

İdman

14 Yanvar 2025, 19:05

İngiltərənin "Mançester Siti" klubunun sabiq müdafiəçisi və baş məşqçisi Toni Buk 91 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə “şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

 

 

Qeyd edək ki, T.Buk 1966-1974-cü illərdə "Mançester Siti"də çıxış edib və 315 oyunda 5 qol vurub. O, Mançester təmsilçisinin heyətində İngiltərə çempionu (1967/1968 ), ölkə kubokunun (1968/1969) və Superkubokunun (1968, 1972), Liqa Kubokunun (1969/70), Kubok Qalibləri Kubokunun qalibi olub. (1969/1970). Toni Buk müxtəlif vaxtlarda "Mançester Siti"nin baş məşqçisi vəzifəsində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu