Modern.az

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi İMZALADI

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi İMZALADI

14 Yanvar 2025, 22:41

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb.

 

Modern.az xəbər verir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar.

 

“Biz strateji tərəfdaşlıq komissiyası yaradırıq, bu, iqtisadiyyat, təhlükəsizlik və müdafiə, demokratiya, inklüzivlik və şəxsiyyətlərarası münasibətlər sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur”, - ABŞ dövlət katibi Entoni Blinken bildirib.

 

Qeyd edək ki, İrəvan və Vaşinqton arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilmişdi.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?