Modern.az

Naxçıvanda məktəbli oğlanlar itkin düşüb

Naxçıvanda məktəbli oğlanlar itkin düşüb

Hadisə

15 Yanvar 2025, 08:07

Naxçıvanda məktəbli oğlanlar itkin düşüb.

 

Modern.az xəbər verir ki, hadisə Kəngərli rayonu Xok kəndində qeydə alınıb.

 

Yeniyetmə uşaqlar yanvar ayının 14-ü hazırlığa getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar.

 

Hazırda onların axtarışları davam etdirilir. Artıq bu barədə rayon polis şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır. /APA

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı