Modern.az

Avtomobil qaçıran şəxs həbs edildi

Avtomobil qaçıran şəxs həbs edildi

Aktual

15 Yanvar 2025, 13:00

Xaçmaz Rayon Polis Şöbəsinə Xudat qəsəbəsində “VAZ-2106” markalı bir avtomobilin naməlum şəxs tərəfindən qaçırılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə əməli törədən Qusar rayon sakini Raman Mirzəliyev saxlanılıb. Araşdırmalarla R.Mirzəliyevin Qusar rayonu ərazisində mağazaların birindən oğurluq etdiyi də müəyyən olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Mirzəliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama