Modern.az

Saxta içkiyə görə 23 nəfər ÖLDÜ

Saxta içkiyə görə 23 nəfər ÖLDÜ

15 Yanvar 2025, 23:59

İstanbulda saxta spirtli içkidən zəhərlənmə nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.

 

"Son 48 saat ərzində ümumilikdə 66 alkoqol zəhərlənməsi hadisəsi baş verib, zəhərlənənlərdən 23-ü dünyasını dəyişib. 32 nəfərin reanimasiyada müalicəsi davam etdirilir", - məlumatda deyilir.

 

Bundan əvvəl İstanbulda saxta spirtli içkidən zəhərlənmə nəticəsində 19 nəfərin öldüyü bildirilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi