Modern.az

Ata evinə qonaq getdi - İtkin düşdü

Ata evinə qonaq getdi - İtkin düşdü

Hadisə

16 Yanvar 2025, 09:28

İsmayıllıya qonaq gələn kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Bəbişov Faiq Qardaşxan oğlu dekabrın 6-da İsmayıllı rayonunda yaşayan atasının evindən çıxaraq naməlum istiqamətdə gedib.

Onun əlamətləri: boyu 170 sm, gözlərinin rəngi şabalıdı, saçları sarımtıldır.

"F.Bəbişovun harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı