Modern.az

Ukrayna Britaniya ilə 100 illik saziş İMZALADI

Ukrayna Britaniya ilə 100 illik saziş İMZALADI

Dünya

16 Yanvar 2025, 20:42

Böyük Britaniya və Ukrayna arasında 100 illik tərəfdaşlıq haqqında saziş imzalanıb. 

Modern.az xəbər verir ki, sazişi Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və Britaniyanın Baş naziri Kir Starmer imzalayıb.  

Zelenskinin sözlərinə görə, bu saziş hərtərəfli xarakter daşıyır.

Saziş təhlükəsizlik, müdafiə, iqtisadi və texnoloji komponentləri, həmçinin informasiya və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir.  

 

***

09:42

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynaya səfər edib.

Modern.az bu barədə AP agentliyinə istinadən xəbər verir.

Britaniya hökuməti bildirib ki, Starmer və Ukrayna prezidenti Volodimir Zelenski müdafiə, elm, enerji və ticarət kimi sahələri əhatə edən “100 illik tərəfdaşlıq” imzalayacaqlar.

Müqavilə hər iki tərəfi müdafiə və texnologiya layihələri, o cümlədən pilotsuz uçuş aparatları (PUA) üzrə əməkdaşlığı nəzərdə tutulub.

Saziş, həmçinin Ukrayna taxılının tədarükünü izləməyə kömək edən sistemin tətbiqini nəzərdə tutur.

"The Guardian" yazır ki, Keir Starmer iqtisadiyyatı bərpa etmək üçün Kiyevə 40 milyon funt-sterlinq ayrılacağını elan edəcək.

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM