Modern.az

Tağıyev qəsəbəsində dəhşətli qəza - Yaralılar var

Tağıyev qəsəbəsində dəhşətli qəza - Yaralılar var

Hadisə

16 Yanvar 2025, 11:58

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində baş verib.

 

VAZ2107 markalı avtomobil sürət həddini aşaraq yol kənarındakı maneəyə çırpılaraq aşıb.

 

Hadisə nəticəsində yaralananların olduğu bildirilib. Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı