Modern.az

Bakıda restoranda soyğunçuluq - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda restoranda soyğunçuluq - ANBAAN GÖRÜNTÜLƏR

Aktual

16 Yanvar 2025, 12:14

Bakıda restoranda soyğunçuluq olub.

Modern.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Paytaxtın Nizami rayonu ərazisində yanvarın 13-ü saat 03 radələrində naməlum şəxsin 37 yaşlı M.Pənahova zor tətbiq edib,150 manatını alması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 36 yaşlı Rahib Orcayev müəyyən olunaraq saxlanılıb.

Onun üzərinə baxış zamanı psixotrop maddə metamfetamin də aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal