Modern.az

Vəziyyət ağırdır - Zelenski

Vəziyyət ağırdır - Zelenski

16 Yanvar 2025, 14:12

Ukrayna prezidenti Vladimir Zelenski ordunun cəbhə xəttindəki ağır vəziyyətindən danışıb.

Modern.az xəbər verir ki, Zelenski Polşa mətbuatına müsahibəsində deyib:

"Ukrayna Silahlı Qüvvələri bölmələrinin yalnız 60%-i tam təchiz olunub".

O, həmçinin etiraf edib ki, cəbhə xəttində Ukrayna silahlı qüvvələri üçün vəziyyət ağırdır.

"Elə olur ki, təşəbbüs bir tərəfdən digər tərəfə keçir. Kəndlər və şəhərlər beləcə düşmənin əlinə keçir və ən çox bu, son vaxtlar, ölkəmizin şərqində baş verir", - Zelenski əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü