Modern.az

Bu şəxslər sabah imtahan verəcək

Bu şəxslər sabah imtahan verəcək

Təhsil

25 Yanvar 2025, 15:49

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada aralıq imtahanı keçiriləcək.

Modern.az xəbər verir ki, eksternat qaydada imtahanların sənəd qəbulu prosesi bitdikdən sonra sənədlərin uyğunluğu yoxlanılıb buna uyğun olaraq aralıq imtahanında iştirak edəcək namizədlərə məlumatlar SMS bildiriş vasitəsilə qeydiyyatdan keçilən əlaqə nömrəsinə göndərilib.

İmtahanda yalnız əvvəlcədən qeydiyyatdan keçmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra SMS bildiriş göndərilmiş namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi