Modern.az

Rafael Ağayev istefa verəcək - Özü AÇIQLADI

Rafael Ağayev istefa verəcək - Özü AÇIQLADI

İdman

16 Yanvar 2025, 15:18

Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan istefa verəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə o, “Sportlife TV” kanalına müsahibəsində bildirib.

İdmançı iclaslara çağırılmadığı və heç bir iş görmədiyi üçün postundan gedəcəyini deyib:

“Mən təkcə bu vəzifəyə təyin olunduğum günü xatırlayıram. Ondan bu yana 7-8 aydır ki, heç bir iclasa çağırılmamışam. Ona görə ay sonuna qədər vəzifəmdən ayrılacam. Bunun səbəbi çoxdur. Hansısa işləri görə bilərdim, milli komandaya xeyrim dəyərdi. Amma görünür ki, ehtiyac yoxdur. Dünyada və Azərbaycanda karate deyiləndə yada düşən insanlardanam. Sadəcə ad olaraq vitse-prezident kimi qalmağı istəmirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər