Modern.az

Sumqayıtda yaşayış binasında yanğın

Sumqayıtda yaşayış binasında yanğın

Hadisə

16 Yanvar 2025, 16:20

Sumqayıt şəhərində yanğın olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 300 m² olan birmərtəbəli kommunal tipli yaşayış binasında sahəsi 40 m² olan 2 otaqlı mənzilin bir otağının tavanı, ev əşyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Mənzilin qalan hissəsi və bitişik olan mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı