Modern.az

Ekspertlərdən Xəzərlə bağlı həyəcan TƏBİLİ

Ekspertlərdən Xəzərlə bağlı həyəcan TƏBİLİ

17 Yanvar 2025, 00:24

Xəzər dənizində suyun səviyyəsi 2006-cı ildən təxminən 2 metr aşağı düşüb. Bunu “Kazidromet” RSE-nin Xəzər dənizinin Hidrometeoroloji Tədqiqatları Departamentinin məlumatı sübut edir.

 

Modern.az “Kazinform” nəşrinə istinadən xəbər verir ki, qazaxıstanlı mütəxəssislər Xəzərin vəziyyəti ilə bağlı ən son məlumatları təqdim ediblər.

 

“Hazırda biz Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi prosesinin sürətləndiyini görə bilərik. 2006-2023-cü illər arasında suyun səviyyəsi 1,83 metr azalıb”, -deyə şöbə müdiri Ayzat Eltay qeyd edib.

 

ECOJER Assosiasiyasının Mangistau bölgəsi üçün regional Ekoloji Şurasının sədri Adilbek Kozıbakov əlavə edib: “Xəzər dənizinin səviyyəsinin azalması suyun duzluluğunun artmasına və dəniz ekosistemi üçün təhlükə yaradacaq zəhərli qazların emissiyasına səbəb ola bilər.

 

Xəzər dənizində tammiqyaslı elmi tədqiqatlar aparılmalı və dəniz qonşu ölkələrlə birlikdə qorunmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama