Modern.az

Netanyahunun atəşkəsə getməsi hökumətdə narazılıq yaratdı

Netanyahunun atəşkəsə getməsi hökumətdə narazılıq yaratdı

17 Yanvar 2025, 09:37

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin HƏMAS hərəkatı, ABŞ və Qətər tərəfindən girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” bəyanata istinadən məlumat yayıb.

Buna əsasən, sazişi təsdiqləmək üçün təhlükəsizlik nazirləri kabineti çağırılacaq, ardınca isə hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.

Qeyd olunur ki, səsvermənin təxirə salınması ilə əlaqədar sövdələşmə üzrə ilk üç girovun azad edilməsi yanvarın 20-nə təxirə salınıb. Gecikməyə səbəb kimi danışıqların sonunda HƏMAS ilə yaranan fikir ayrılıqları göstərilib.

İsrailin Walla xəbər portalı Netanyahuya istinadən məlumat verib ki, danışıqlar qrupu yanvarın 16-da axşam Dohada Qəzza zolağında girovların azad edilməsi və atəşkəs haqqında saziş imzalayıb.

Yeri gəlmişkən, atəşkəs qərarı İsrailin hakim koalisiyası daxilində ultraradikal və dindar sionistlərin kəskin etirazına səbəb olub.

Hətta milli təhlükəsizlik naziri Ben Qvir və maliyyə naziri Smotriçin hökuməti tərk edə biləcəyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama