Modern.az

Yasamalda antisanitar vəziyyət: qəssab cərimələndi - FOTOLAR

Yasamalda antisanitar vəziyyət: qəssab cərimələndi - FOTOLAR

17 Yanvar 2025, 23:51

Yanvar ayının 17-də Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən qanunsuz ət kəsimi sexində polis və AQTA əməkdaşları tərəfindən antinasitar normalara əməl olunmasına nəzarəti gücləndimək məqsədi ilə tədbir keçirilib..

Modern.az xəbər verir ki, nəticədə həmin ünvanda qanunsuz ət kəsimi fəaliyyəti ilə məşğul olan 48 yaşlı Q.Cümşüdov polis əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

***

10:50

Yasamal rayonu ərazisində yaranan antisanitar vəziyyətlə bağlı məsələ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.

Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.

"Küçədə, yol kənarlarında antisanitar şəraitdə qanunsuz olaraq heyvan kəsimi halları ilə bağlı vətəndaşlarımız yerli icra qurumlarına, eləcə də Agentliyin 1003 qaynar xəttinə zəng vuraraq və ya  “E-Qidam” mobil tətbiqi vasitəsilə daha rahat şəkildə məlumat verə bilərlər", - açıqlamada deyilir.

***

10:31

Yasamal rayonu ərazisində antisanitar vəziyyət yaranıb.

Bu barədə Modern.az-a Yeni Yasamal ərazisində yaşayan sakinlər məlumat veriblər.

Bildirilir ki, Məhəmməd Xiyabani küçəsində qəssabxanada kəsilən heyvanların qanı küçəyə axıdılır. 

"Artıq iki gündür küçədən qan axır, üfunət hər tərəfi bürüyüb", - sakinlərdən biri deyib.

Sakinlər müvafiq qurumlara müraciət etdiklərini, ancaq hələlik cavab ala bilmədiklərini deyib.

14108291410830

1410831

1410832

1410834

1410835

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal