Modern.az

Kür çayına balıq körpələri buraxıldı

Kür çayına balıq körpələri buraxıldı

17 Yanvar 2025, 15:02

Biomüxtəlifliyin mühafizəsinə, su hövzələrinin zənginləşdirilməsinə və balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti dəfə balıq körpələri Kür çayına buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyevin Modern.az-a verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, yerli ekologiya idarələrinin əməkdaşlarının və rayon ictimaiyyətinin iştirakı ilə 10 min ədəd çəkikimi balıq körpəsi Tovuz rayonu ərazisindən Kür çayının mənsəbinə buraxılıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama