Modern.az

Şəhid atası vəfat edib

Şəhid atası vəfat edib

17 Yanvar 2025, 16:34

44 günlük Vətən müharibəsində şəhid olan Çərkəz Teyyublunun atası Vidadi Teyyubov vəfat edib

Modern.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Çərkəz Teyyublu Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. 

Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama