Modern.az

Siz fərqli Lidersiniz və bizim üçün nümunəsiniz

Siz fərqli Lidersiniz və bizim üçün nümunəsiniz

17 Yanvar 2025, 16:56

Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Modern.az xəbər verir ki, bu barədə dövlətimizin başçısı ilə mətbuata birgə bəyanatında bildirib.

Partiyasının qələbəsinin bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətli olduğunu vurğulayan Baş nazir qeyd edib: “Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi