Modern.az

TDT ölkələri parlamentlərinin səhiyyə komitələri TOPLANIR

TDT ölkələri parlamentlərinin səhiyyə komitələri TOPLANIR

Ölkə

18 Yanvar 2025, 09:35

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin parlamentlərinin səhiyyə komitələri bir araya gələcək.

Məqsəd qanunvericiliklə bağlı səhiyyə sahəsində təcrübə mübadiləsi və əlaqələrin daha da gücləndirilməsidir.

Türkiyə Böyük Millət Məclisindən (TBMM) Modern.az-a verilən məlumata görə, toplantının bu il yanvarın 22-də baş tutacağı gözlənilir.

Toplantıda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimari Kipr parlamentlərinin səhiyyə komitələrinin nümayəndə heyətləri iştirak edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi