Modern.az

“Ağlıma gəlməzdi ki, məni aldadarlar” - Milli Qəhrəmanın ATASI

“Ağlıma gəlməzdi ki, məni aldadarlar” - Milli Qəhrəmanın ATASI

Ölkə

18 Yanvar 2025, 10:40

Xəbər verdiyimiz kimi, AZAL-ın təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kibercinayətkarların hücumuna məruz qalıb.

Modern.az hadisə ilə bağlı Hökumə Əliyevanın atası Cəlil Alıyevlə danışıb. Milli Qəhrəmanın atası qeyd edib ki, hadisə ötən gün baş verib və faktla əlaqədar  Daxili İşlər Nazirliyinə məlumat verilib. 

"Mənə xarici nömrədən zəng gəldi. Götürdüm. Ağlıma gəlməzdi ki, məni aldadarlar. Bütün qurumlara xəbər vermişik, indi Daxili İşlər Nazirliyindən cavab gözləyirik" - deyə o qeyd edib. 

Xatırladaq ki, Cəlil Alıyevin Kapitalbanka məxsus kartından ümumilikdə 80 507 manat pul çəkilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi