Modern.az

İsrail 1890 fələstinlini sərbəst buraxacaq

İsrail 1890 fələstinlini sərbəst buraxacaq

Dünya

18 Yanvar 2025, 21:15

İsrail razılaşmanın birinci mərhələsində HƏMAS-ın əlində olan 33 girovun müqabilində 1890-dan çox fələstinli məhbusu azad edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat verib.

 

"42 gün davam edəcək birinci mərhələdə HƏMAS İsrailin 1890-dan çox məhbusu azad etməsi müqabilində 33 girovu azad edəcək", - nazirliyin "Facebook" səhifəsində dərc edilən mətndə deyilir.

 

Nazirlik həmçinin vasitəçilərin Qəzza atəşkəsinin razılaşdırılmış müddət ərzində üç mərhələdə həyata keçirilməsini təmin etmək öhdəliyini də xatırladıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi