Modern.az

Blinken britaniyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Blinken britaniyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Aktual

19 Yanvar 2025, 09:21

ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə son telefon danışığında Yaxın Şərqdəki vəziyyəti, Rusiyanın Ukraynaya qarşı müharibəsini və Çinlə rəqabəti müzakirə edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

“Katib ABŞ-Böyük Britaniya “xüsusi əlaqələri” vasitəsilə qurduqları yaxın tərəfdaşlığa görə Xarici İşlər Nazirinə təşəkkür etdi”, - Departamentin bəyanatında deyilir.

 

Qeyd olunur ki, Blinken ABŞ və Böyük Britaniyanın birgə işlərinin davam etdirilməsində Lemmiyə uğurlar arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama