Modern.az

Azərbaycan Premyer Liqasının dünya reytinqində YERİ

Azərbaycan Premyer Liqasının dünya reytinqində YERİ

İdman

19 Yanvar 2025, 16:53

Dünyanın ən güclü futbol liqalarının siyahısı müəyyənləşib.

 

Modern.az xəbər verir ki, reytinq cədvəlini İFFHS açıqlayıb.

 

2024-cü il üçün tərtib olunan siyahıya planetin 100 ən yaxşı çempionatı daxil edilib. Azərbaycan Premyer Liqası da cədvəldə yer alıb.

 

Çempionatımızın əmsalı 434,25-ə bərabərdir. Premyer Liqamız dünyada 36-cıdır. Azərbaycan çempionatı əvvəlki illə müqayisədə 4 pillə irəliləyib.

 

Dünyanın ən güclü liqası isə İtaliya A seriyasıdır. Appenin liqası 1992 xala malikdir.

Siyahıda İspaniya La Liqası 2-cidir – 1885 xal. 1871 xala malik İngiltərə Premyer Liqası 3-cü sırada yer alıb.

Türkiyə Super Liqası 968 xalla 1 pillə irəliləyərək 11-cidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər