Modern.az

İsrailli girovların azad ediləcəyini alqışlayıram - Tramp

İsrailli girovların azad ediləcəyini alqışlayıram - Tramp

19 Yanvar 2025, 18:01

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp bu gün üç israilli girovun azad edilməsinin gözlənilməsini alqışlayıb.

 

Modern.az-ın xəbərinə görə, Donald Tramp bununla bağlı “Truth Social”da paylaşım edib.

 

“Girovlar bu gün çıxmağa başlayacaqlar! Birincilər üç gözəl gənc qadın olacaq”, - deyə Tramp vurğulayıb.

 

Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HAMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya HAMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HAMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.

 

HAMAS bu gün yerli vaxtla saat 16.00-da 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcəyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi