Modern.az

"Kəpəz" bu komandanı darmadağın etdi

"Kəpəz" bu komandanı darmadağın etdi

İdman

19 Yanvar 2025, 19:03

Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, Qərb derbisində autsayder “Kəpəz” “Turan Tovuz”la qarşılaşıb. Görüş Gəncə təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Kəpəz”in heyətində Yeqor Xvalko, Turan Manafov (2 qol), Mahamadu Ba və Kərim Lkoça fərqləniblər. “Turan Tovuz”un qollarını isə Kristian da Silva ilə Rəhim Sadıxov vurublar.

 

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Kəpəz” yenidən 9-cu pilləyə yüksəlib. Tovuz klubu isə 32 xalla 4-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında “Qarabağ” “Şamaxı”ya 3:2, “Zirə” “Araz-Naxçıvan”a 1:0, “Səbail” isə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər