Modern.az

Türkiyə Ermənistana təşəkkür etdi - YENİLƏNİB

Türkiyə Ermənistana təşəkkür etdi - YENİLƏNİB

Dünya

19 Yanvar 2025, 23:51

 

Türkiyə Xarici İşlər Nazirliyi axtarışda olan iki şəxsin bu ölkəyə ekstradisiyasına görə Ermənistana təşəkkür edib. 

 

Modern.az xəbər verir ki, Nazirlik bu prosesdə Ermənistanın əməkdaşlığını yüksək qiymətləndirib.

 

Yanvarın 19-da Ermənistan İnterpolun sorğusuna cavab olaraq mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.

 

***

19:43

Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Ermənistan İnterpolun “qırmızı bildiriş” çərçivəsindəki sorğuya cavab olaraq ölkəmizdə mütəşəkkil cinayət fəaliyyətləri ilə məşğul olan iki şəxsi 19 yanvar 2025-ci il tarixində təhvil vermişdir. Türkiyə Ermənistanın bu məsələdə göstərdiyi əməkdaşlığı təqdir edir”, – məlumatda vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi