Modern.az

"Metrodan daim istifadə edəcəm" - Yeni sədr

"Metrodan daim istifadə edəcəm" - Yeni sədr

20 Yanvar 2025, 14:08

Yəqin ki, metrodan hər kəs həyatında bir dəfə də olsa, istifadə edib.

Modern.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin yeni sədri Vüsal Aslanov jurnalistlərə açıqlamasında deyib.

O, metrodan əvvələr də istifadə etdiyini bildirib: "Son illərdə, daim olmasa da, metropolitendən istifadə edirdim. Metropolitenin memarlığı, xüsusən “Nizami” stansiyası sənət incisidir. Onu yerində görməmək olarmı?!”

V. Aslanov bildirib ki, indi daha çox bu nəqliyyatın cari və gələcək məsələləri ilə məşğuldur: “Deməli, metropolitendən daim istifadə edəcəyəm. Stansiyalar, depolar, bir sözlə, bütün metro infrastrukturu gündəlik həyatımın bir hissəsinə çevrilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi