Modern.az

İran-Azərbaycan memorandumu imzalanacaq

İran-Azərbaycan memorandumu imzalanacaq

İqtisadiyyat

20 Yanvar 2025, 14:51

Yanvarın 22-23-də Tehranda İran-Azərbaycan İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək. Müzakirələrin gündəliyinə iqtisadi əməkdaşlıqla bağlı məsələlər daxil ediləcək.

Modern.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Komissiyaya İran tərəfdən nəqliyyat və şəhərsalma naziri Fərzaneh Sadiq, Azərbaycan tərəfdən isə baş nazirin müavini Şahin Mustafayev sədrlik edəcək. Əsas müzakirələr yanvarın 22-də baş tutacaq. Yanvarın 23-də yekun əməkdaşlıq memorandumu imzalanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi