Modern.az

Zelenski Trampı belə təbrik etdi

Zelenski Trampı belə təbrik etdi

Dünya

21 Yanvar 2025, 00:54

Ukrayna sülhə nail olmaq üçün ABŞ-ın yeni prezident administrasiyası ilə işləməyə hazırdır. Bu, istifadə edilməli olan bir fürsətdir.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

 

Ukrayna dövlətinin başçısı Trampın güclü insan olduğunu vurğulayıb. Zelenski, Amerikanın yeni prezidentinə və bütün Amerikaya uğurlar arzulayıb.

 

"Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar. Prezident Trampı və Amerika xalqını Birləşmiş Ştatların 47-ci prezidentinin andiçmə mərasimi münasibətilə təbrik edirəm. Bu gün dəyişiklik günü olmaqla yanaşı, bir çox problemin, o cümlədən qlobal çağırışların həllinə ümid günüdür", - deyə Zelenski qeyd edib.

 

Xatırladaq ki, yanvarın 20-də Donald Tramp rəsmən ABŞ prezidenti olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi