Modern.az

Deputat qəzəbləndi: “4 həftədir ATV-də bir başıpapaqlı tapa bilmirəm”

Deputat qəzəbləndi: “4 həftədir ATV-də bir başıpapaqlı tapa bilmirəm”

Parlament

14 Yanvar 2014, 22:13

Modern.az saytı xəbər verir ki, deputat Etibar Hüseynov müəllifi olduğu “Sitatın sonu” proqramının ATV-dəki yayımının dayandırılmasından qəzəblənib. O, özünün Facebook səhifəsində bununla bağlı belə bir status yazıb:

“Artıq 4-cü həftədir ki, ATV heç bir səbəb söyləmədən "Sitatın sonu”nu proqram “setka”sından çıxarıb. Və mən də 4 həftədir ki, bunun səbəbini soruşmaq üçün bir başıpapaqlı tapa bilmirəm. Qulu Məhərrəmlinin sözü olmasın, elə bil dədələrinin xarabalarında hiss edirlər özlərini…”.

Etibar Hüseynov uzun illərdir “Sitatın sonu”nu əsasən müxalifətin tənqidinə həsr edir.

Modern.az 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...