Modern.az

Bakıda QHT sədrinin qızını maşın vurub öldürdü

Bakıda QHT sədrinin qızını maşın vurub öldürdü

Hadisə

21 Yanvar 2025, 09:40

Ötən gün Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən keçən Zuğulba şosesində ölümlə nəticələnmiş yol qəzası  baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Samid İslamov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə İsmayılova Zöhrə Faiq qızını vurub. Piyada hadisə yerində vəfat edib.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Modern.az-a məlum olub ki, yol qəzası zamanı həlak olan mərhum Zöhrə İsmayılova tanınmış QHT sədrinin qızıdır.  Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllim işləyirmiş. O, işə getmək üçün avtobus dayanacağına keçmək istəyərkən qəzaya tuş gəlib. Mərhumun 3 övladı qalıb.

Zöhrə İsmayılovanın atası Faiq İsmayılov Azərbaycanın İşğaldan Azad Edilmiş  Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədridir. O, həm də AMEA  Tarix və Etimologiya İnstutunun Qarabağ Müharibəsinin Tarixi və Böyük Qayıdış Hərakatı şöbəsində elmi işçidir.             

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı