İYİ Partiyasının keçmiş sözçüsü və Ankara millət vəkili Kürşad Zorlu Ədalət və İnkişaf Partiyasına (AK Parti) qatılıb.
Modern.az xəbər verir ki, hakim partiyanın sədri Rəcəb Tayyib Ərdoğan ona döş nişanı təqdim edib.
“Cümhuriyyətimizin ikinci əsrinə qədəm qoyduğumuz bu tarixi dönüş nöqtəsində prezidentimizin rəhbərliyi ilə ölkəmizə xidmət etmək inamı və həyəcanı ilə aranızdayam”, - Zorlu deyib.
***
16:10
Meral Akşenerin İYİ Partiya rəhbərliyindən ayrılmasından sonra bu partiyadan ayrılan tanınmış siyasətçi Kürşad Zorlu ilə bağlı yeni iddia ortaya atılıb.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İYİ Partiyanin keşmiş mətbuat katibi, Ankara millət vəkili Zorlunun hakim partiyaya üzv olacağı bildirilir.
Qeyd olunur ki, o, Ədalət və İnkişaf Partiyasının (AK Parti) qurultayında Prezident Ərdoğanın rəhbərlik etdiyi təşkilata qoşulacaq.