Modern.az

Sabunçuda 3 nəfər dəm qazından öldü

Sabunçuda 3 nəfər dəm qazından öldü

Hadisə

21 Yanvar 2025, 16:54

Bakının bir rayonunda 3 nəfər dəm qazından boğulub.

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayon sakinləri – 1977-ci il təvəllüdlü İlqar İsmayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğularaq ölüblər.

Hər üç faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı