Modern.az

Spiker İtaliyaya getdi - FOTO

Spiker İtaliyaya getdi - FOTO

Parlament

21 Yanvar 2025, 17:05

Yanvarın 21-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edib.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Roma şəhərinin “Ciampino” aeroportunda nümayəndə heyətini İtaliya Deputatlar Palatası Xarici əlaqələr komissiyasının üzvü Naike Qruppioni, Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI