Modern.az

Türkiyədəki dəhşətli yanğında təxribat EHTİMALI

Türkiyədəki dəhşətli yanğında təxribat EHTİMALI

21 Yanvar 2025, 18:45

Türkiyənin Bolu şəhərindəki Kartalkaya kurort mərkəzində yerləşən hoteldə yanğın baş verib. 

12 mərtəbəli oteldə baş verən yanğında 66 nəfər ölüb, 51 nəfər yaralanıb. Ölənlər arasında tələbə və uşaqlar da var. 

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç yanğınla əlaqədar 4 nəfərin saxlanıldığı barədə məlumat verib. 

Modern.az-ın xəbərinə görə, ölənlərin sayının 100-ə çatma ehtimalı var.

Yerli kriminalist jurnalistlər yanğına təəccübləndiklərini və qəribə hadisə olduğunu dilə gətiriblər.

Yerli media nümayəndələri hadisəyə diqqətsizliyin səbəb olduğunu düşünürlər. Hotelin texniki baxışı yeni edilsə də, yanğın xəbərdarlıq sistemləri işə düşməməyib. Bu isə təxribat ehtimallarını gündəmə gətirib. 

Lakin hadisənin dəqiq səbəbi hələlik bilinmir. Faktla bağlı aidiyyəti qurumlar tərəfinfən araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI