Modern.az

Nəqliyyat naziri millət vəkilinin qaldırdığı problemi müzakirə edib

Nəqliyyat naziri millət vəkilinin qaldırdığı problemi müzakirə edib

15 Yanvar 2014, 12:29


Millət vəkili Çingiz Qənizadənin ağır çəkili yük avtomobillərinin magistral yolları dağıtması barədə qaldırdığı problem Nəqliyyat Nazirliyinin kollegiya iclasında müzakirə edilib.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən millət vəkili bildirib ki, adıçəkilən problem barədə mətbuatda dəfələrlə çıxış edib. 

“ Problemin həll edilməməsində Nəqliyyat Nazirliyini günahlandırmışam. Ötən gün Nəqliyyat naziri Ziya Məmmədovun iştirakı ilə  “Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr” adlı kollegiyanın keçirilməsi bir daha onu göstərdi ki, məsələlər ciddidir. Nazir vurğulayıb ki, ağır yüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazimi tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir”

Millət vəkili həmçinin  məsələnin gözdən pərdə asmaq məqsədilə deyilməməsini də arzulayıb.  O, qeyd edib ki, bunun üçün Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən “MMC 85” saylı qurum ləğv edilməli və daha səmərəli, təmiz işləyən başqa qurum yaradılmalıdır”.

 

Modern.az
Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB