Modern.az

Azay Quliyev ATƏT PA-nın iclasında iştirak edəcək

Azay Quliyev ATƏT PA-nın iclasında iştirak edəcək

22 Yanvar 2025, 15:16

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun büro iclasında iştirak etmək üçün yanvarın 23-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.

Modern.az xəbər verir ki, deputat ATƏT Parlament Assambleyasının yanvarın 24-də keçiriləcək Büro iclasında qaldırılacaq məsələlərin müzakirəsinə qatılacaq.

Səfər yanvarın 25-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...