Modern.az

Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT

Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT

23 Yanvar 2025, 11:45

Rusiya Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları Tver vilayətində azərbaycanlılara qarşı əməliyyat keçirib.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya Milli Qvardiyasının döyüşçüləri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi  əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb.

Onların uzun müddət ərzində aksizi olmayan tütün və spirtli iççi məhsullarının ticarəti ilə məşğul olduğu iddia edilib.

Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl olaraq qiymətləndirilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi