Modern.az

Qasırğaya görə məktəblərdə dərslər dayandırılır

Qasırğaya görə məktəblərdə dərslər dayandırılır

23 Yanvar 2025, 21:36

“Eowyn” qasırğasına görə yanvarın 24-də İrlandiya və Şimali İrlandiyada məktəblərin və ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Şimali İrlandiya Təhsil İdarəsi yanvarın 24-də “Eowyn” qasırğası səbəbindən gözlənilən şiddətli hava şəraiti ilə əlaqədar olaraq bütün məktəblərin bağlanacağını bildirib.

 

Şimali İrlandiya və İrlandiya üçün qırmızı külək xəbərdarlığı verilib və bəzi sahil bölgələrində küləyin sürətinin təxminən100 milə (160 km/saata) qədər çatacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi